Sifarişi verəndən 2 dəqiqə sonra ləğv…
Sifarişi verəndən 2 dəqiqə sonra ləğv etmək istədim çünkü səhv şeyi almışdım və dəstəyə mail göndərdim. 5 gün sonra cavab verib dedilər ki artıq yoldadır deyə ləğv etmək olmur. Zəng etdim və azərbaycan dilini seçdim və eyni şeyi dedilər. Sonra isə dəstəyə bir daha zəng edəndə dili ingilis seçdim dedim bəlkə xeyri olar, ingilis dilində cavab vermək yerinə azərbaycanca danışdılar. Mən ingiliscə danışmağa davam edəndə isə eşitməməzliyə vurdular sanki səsim gəlmir.
Və telefonda onlara mail göndərdiyimi bildirəndə isə tamam başqa bir mail verdilər, dedilər ki maili bura göndərməli idin. Halbuki bu mail websaytın heç bir yerində yazılmayıb. Nə dəstək səhifəsində, nə FAQ səhifəsində yazılmayıb. Soruşdum ki bu maili almaq üçün mütləq zəng etməliyik? Dedilər bəli. Belə şey olar? Hər bir dəstək metodu dəstək səhifəsində bildirilməlidir. Burdan bir şey alanda diqqətli olun heç cür kömək etməyəcəklər sizə







